Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb

Azərbaycana gətirilən pomidor toxumlarında zərərli orqanizm aşkarlanıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
"Azilaqro” MMC və "Azərbaycan Toxumçuluq Təsərrüfatı” MMC tərəfindən təsərrüfat faydalı sınaqların həyata keçirilməsi məqsədilə ölkəmizə idxal olunan "İstek” (50 qram) və "Parola” (2.997 kq və 0.126 kq) sortu olan pomidor toxumlarından Agentlik müfəttişləri nümunələr götürərək ekspertiza və analizlərin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim ediblər. Müayinələr nəticəsində karantin tətbiq olunan zərərli orqanizm – pomidor meyvələrinin qonur qırışıqlıq virusu ("Tomato brown rugose fruit virus”) aşkarlanıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























