• $
  • €
  • ₽
  • ₺
  • £

Şabranda yeni suvarma mövsümünə start verilib

Şabranda yeni suvarma mövsümünə start verilib
11.05.2023 18:30
Şabranda yeni suvarma mövsümünə start verilib. Bu barədə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Dilqəm Şərifov bildirib.
 
O nunu sözlərinə görə, Rayon Suvarma Sistemləri İdarəsi əməkdaşlarının əvvəlcədən gördüyü meliorativ tədbirlər nəticəsində sahələrin suvarılmasında hər hansı çətinlik yaşanmır.
 
"Yeni mövsümdə sahələrin vaxtında suvarılmasını düzgün təşkil etmək məqsədilə torpaq kanallar lil və kol-kosdan təmizlənib və bu işlər hazırda da davam etdirilir. Görülən işlər nəticəsində kanalların ötürücülük qabiliyyəti artırılır ki, bu da su itkisinin qarşısını alır. Kanalların təmizlənməsi işlərinə 15 ədəd ağır texnika cəlb olunub. Şabran Suvarma Sistemləri İdarəsi əməkdaşları tərəfindən eyni zamanda yeni mövsumdə təsərrüfat sahiblərini vaxtinda və itkisiz su ilə təmin etmək üçün torpaq məcralı kanalların beton üzlüyə alınması işləri də görülüb. Yaxın günlər isə daha iki kanalın beton üzlüyə alınması nəzərdə tutulub',- Şərifov vurğulayıb.

Ümumilikdə isə son illər rayonda 100 km-dən artıq torpaq kanal beton kanalla əvəz edilib. 

Hazırda Şabranda 19 min hektara yaxın əkinəyararlı torpaq sahəsini suvarmaq üçün 770 kilometr uzunluğunda təsərrüfatdaxili və təsərrüfatlararası suvarma kanalından istifadə edilir. Qeyd edək ki, 2019-cu ildə aparılan melorativ tədbirlərdən sonra Şabranda 9 min hektar sahə əkin dövriyəsinə cəlb olunub. Əkinə yeni cəlb edilən sahələrin suvarılması məqsədi ilə ərazidə yeni qapalı sistem yaradılıb. 


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol