Sabiq baş prokurorun partiyası ləğv olundu

Milli Konqres Partiyası fəaliyyətinə xitam verdiyini açıqlayıb. Bu barədə məlumat partiyanın yaydığı bəyanatda yer alıb.
Milli Konqres Partiyası 1998 ci il dekabrın 11-də Azərbaycanın sabiq baş prokuroru İxtiyar Şirinovun təşəbbüsü ilə yaradılıb. Partiyanın sədri İxtiyar Şirinov olub.
2022-ci ilin dekabrında Milli Məclisin "Siyasi partiyalar haqqında” Qanunu qəbul edib və Prezident İlham Əliyev 2023-cü ilin yanvarında qanunu təsdiqləyib. Yeni qanuna görə siyasi partiyaların 5 min üzvü olmalıdır.
2022-ci ildə Azərbaycanda ümumilikdə 52 siyasi partiya rəsmi dövlət qeydiyyatından keçib. Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayında Azərbaycanda fəaliyyət göstərən 6 siyasi partiyanın YAP-a qoşulması ilə bağlı qərar qəbul edilib:
– Azərbaycan Demokratik Sahibkarlar Partiyası

– Milli Qurtuluş Partiyası
– Azərbaycan Xalq Demokratik Partiyası
– Azərbaycan Milli Hərəkat Partiyası
– Azərbaycan Kəndli Partiyası
– Azərbaycan Yurddaş Partiyası
Daha əvvəl Azərbaycan İslam Partiyası və Azərbaycan Xalqlarının Bərabərlik Partiyasının dövlət qeydiyyatı ləğv olunub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib