Bakıda xəstəxanada tibb işçisi ilə pasiyent arasında insident olub, xəsarət alan var

"Yeni Klinika"da tibb işçisi ilə pasiyent arasında insident olub, xəsarət alan var.
Bunu klinikanın Media, Korporativ Kommunikasiya və PR üzrə mütəxəssisi İlham Məmmədzadə deyib.
O bildirib ki, bir neçə gün öncə səhər saat 7:00 radələrində müayinə üçün müraciət edən Hüseynov Elxan Hüseynbaba oğlu adlı şəxs klinikanın növbə gözləmə aparatından özü ilə yanaşı müəssisəyə gəlməyən daha 3 nəfər üçün də növbə götürmək istəyib: "Müəssisənin tibbi qeydiyyatçı vəzifəsində işləyən əməkdaşı ona qanunvericiliyin tələblərinə əsasən müəssisədə olmayan şəxslərə növbənin verilməməsi barədə məlumat versə də, qarşı tərəf buna kəskin etiraz edib. Vətəndaşa təkrarən bunun qanunazidd olduğunu bildirdikdən sonra E.Hüseynov ətrafda olan çox sayda şəxslərin yanında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər törədərək, klinika əməkdaşının şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaq məqsədi güdən "şərəfsiz”, "küçük” kimi təhqiramiz ifadələr işlədərək "səni işdən çıxartdıracam”, "başına oyun açacam” deməklə hədə-qorxu gələrək ondan müəssisədə olmayan üç nəfər üçün növbə sənədi verməsini tələb etməkdə davam edib".
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























