Arvadının başına silah dirəyən müstəntiq işdən çıxarıldı

Həyat yoldaşına şiddət göstərən polkovnik-leytenantı barədə aparılan araşdırma yekunlaşıb.
Oxu.az-ın məlumatına görə, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Ceyhun Hüseynov prokurorluq orqanlarından xaric edilib.
Bu ilin martında Ceyhun Hüseynovun həyat yoldaşı media müraciət edərək, dövlətin ərinə verdiyi silahı onun başına dirədiyini və "sənə xəyanət etmişəm” sözlərini dedirtdiyini bildirmişdi.
Qadın əlavə edib ki, Hüseynov onu zorla çöllük bir yerə aparıb, dəmir parçası ilə vurub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























