• $
  • €
  • ₽
  • ₺
  • £

Kriptovalyuta alqı-satqısı adı ilə insanların pullarını oğurladı

Kriptovalyuta alqı-satqısı adı ilə insanların pullarını oğurladı
11.05.2023 20:30
Daxili İşlər Nazirliyinə naməlum şəxsin "telegram” ani mesajlaşma sistemində elanlar yerləşdirərək şəbəkə istifadəçilərini beynəlxalq maliyyə birjalarında kriptovalyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə ediləcəyi adı altında aldadaraq onlara qarşı dələduzluq edildiyi barədə çoxsaylı müraciətlər daxil olub.

Müraciətlər əsasında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazazidd hərəkətləri törətməkdə şübhəli bilinən Saatlı rayon sakini Elçin Novruzzadə saxlanılıb.

Müəyyən edilib ki, Elçin Novruzzadə əsasən xaricdən idarə olunan həmin "telegram” profillərinin müxtəlif ölkələrdə yaşayan və şəxsiyyətləri istintaqla araşdırılan adminləri ilə cinayət əlaqəsinə girərək onlara müracət edərək pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər verib. Elçin Novruzzadə, həmçinin 20-yə yaxın zərərçəkənin bank kartlarındakı məlumatları da ələ keçirərək hesablarda olan pulların oğurlanmasını və müxtəlif üsullarla xarici ölkələrdəki hesablara köçürülməsini təmin edib.

Faktlarla bağlı Elçin Novruzzadə barəsində Baş İdarədə araşdırmalar davam etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən digər vətəndaşlar varsa "102" Xidməti-Zəng Mərkəzinə və ya DİN-in sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət edə bilərlər.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol