• $
  • €
  • ₽
  • ₺
  • £

ASAP tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib

ASAP tərəfindən “Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib
11.05.2023 16:55
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə ölkə daxilində və xaricdə "Heydər Əliyev İli”nə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ümummilli Lider Heydər Əliyev hər zaman xalqımızın xeyriyyəçilik ənənələrini yüksək qiymətləndirmişdir. Bu gün hər bir vətəndaşımızın üzərinə bu ənənələri davam etdirmək vəzifəsi düşür. Məhz bu səbəbdən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondu, ASAP və Məzun Birliklərini ilə birgə həyata keçiriləcək Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş #ƏNƏNƏ layihəsinə start verilmişdir. Layihə çərçivəsində ilk görüş 10 may tarixində ASAP və Azərbaycan-Macarıstan Məzunları İctimai Birliyinin (AHAU) birgə təşkilatçılığı ilə "SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin iştirakı ilə keçirilib. Görüşün nəticəsi olaraq, Məzun Birlikləri ilə xeyriyyə istiqamətində illik plan hazırlanacaq, mövcud intellektual resurslar vasitəsilə sosial həssas qruplarla iş, yardım aksiyaları, məzunlar tərəfindən ehtiyacı olan gənclərə ödənişsiz karyera bələdçiliyi, dil kursları və digər xeyriyyə tədbirləri həyata keçiriləcəkdir.
 
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan və AHAU-nun birgə təşkilatçılığı ilə Macarıstanın Budapeşt şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş intellektual turnir təşkil olunub. 70-dən çox azərbaycanlı gəncin iştirak etdiyi turnirdə Ulu Öndər Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yoluna və Azərbaycan tarixinə aid suallar səsləndirilib.

Polşanın paytaxtı Varşava şəhərində də Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və ASAP Polşanın təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin 100 illiyinə həsr olunmuş dəyirmi masa təşkil olunub.

İsrailin Arava şəhərində Azərbaycan Respublikasının İsraildəki Səfirliyinin, Azərbaycan  Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və Azərbaycan-İsrail Tələbə və Məzun Şəbəkəsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş dəyirmi masa keçirilib. Görüşdə Beynəlxalq Azərbaycan - İsrail Assosiasiyasının üzvləri, İsrail Universitetlərindən professorlar və azərbaycanlı gənclər  iştirak edib.
 
Beynəlxalq Azərbaycan - İsrail Assosiasiyasının və ASAP-ın birgə təşkilatçılığı ilə İsraildə keçirilən digər görüşdə isə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti, onun Azərbaycan tarixindəki rolu barədə danışılıb, müstəqil dövlətimizin banisi, Azərbaycan xalqının xilaskarı olan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətindən bəhs edilib, onun zəngin irsinin bütün nəsillər üçün örnək olduğu diqqətə çatdırılıb.

Çinin paytaxtı Pekin şəhərində isə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş görüş keçirilib və foto sərgi təşkil olunub. Ölkəmizin Çin Xalq Respublikasında olan Səfirliyinin, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP və "Azərbaycan-Çin Məzunları Assosiasiyası”nın birgə təşkilatçılığı ilə keçirilən dəyirmi masada Çin Xalq Respublikasında təhsil alan azərbaycanlı gənclər iştirak etmişdir. Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı bildirib ki, müstəqil dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bu gün bütün dünyada Azərbaycan dövlətinin xilaskarı kimi qəbul edilir. Azərbaycanın yüksəlişini, beynəlxalq arenada qazandığı yüksək nüfuzunu qiymətləndirərkən Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı əvəzsiz xidmətləri göz önündə canlanır. Daha sonra foto sərgiyə baxış olmuşdur. Bu tədbir eyni zamanda ölkəmizin Çin Xalq Respublikasındakı Səfirliyinin və ASAP-ın birgə fəaliyyəti ilə ASAP Çin nümayəndəliyinin formalaşmasına zəmin yaratmışdır.
 
Bundan başqa, ASAP tərəfindən Ümummilli Liderin 100 illiyinə həsr olunmuş video layihələrə start verilib. Video çarxların mövzusu dahi şəxsiyyət Heydər Əliyev ilə çalışmış şəxslərin, Ümummilli Liderin təşəbbüsü ilə xaricə təhsil üçün göndərilmiş tələbələrin xatirələrini və Dövlət Proqramı ilə xaricdə təhsil alan gənclərin fikirlərini əhatə edəcək.
 
 
 
 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol