• $
  • €
  • ₽
  • ₺
  • £

Hüseyn Dəryanın ölümü ilə bağlı cinayət işi açıldı

Hüseyn Dəryanın ölümü ilə bağlı cinayət işi açıldı
16.03.2014 14:51

Azərbaycanın tanınmış reperi Hüseyn Dəryanın ölümü ilə nəticələnən yol qəzası faktı ilə bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma; eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. 

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Xəzər rayon prokurorluğundan məlumat verilib.

Bu maddə üzrə günahı sübuta yetirilən şəxs üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edək ki, ötən gecə saat 23:00 radələrində Bakının Xəzər rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib. Tanınmış reper Hüseyn Dəryanın idarə etdiyi 99 ek 575 dövlət nömrə nişanlı “Opel Astra” markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KaMAZ” markalı maşına çırpılıb.

3 saylı şəhər Mərkəzi Kliniki Xəstəxanasından öncə bildiriblər ki, Hüseyn Dərya qapalı kəllə-beyin travmasından dünyasını dəyişib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən isə bildiriblər ki, H.Dərya dünən 23:30-da xəstəxanaya qəbul edilib. Həkimlərin cəhdinə baxmayaraq bu gün səhər 9:20-də vəfat edib. Onun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra açıqlanacaq.

Trend

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol