Ağstafada şəhid Orxan Novruzəlizadə ilə vida mərasimi keçirilir

Azərbaycan Ordusunun şəhidi olan hərbçisi Orxan Novruzəlizadənın nəşi ailəsinə təhvil verilib.
Hazırda Ağstafanın Vurğun qəsəbəsində şəhidin ailəsinin yaşadığı evdə vida mərasimi keçirilir.
Mərasimdə rayonun rəsmi şəxsləri, hərbçilər, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak edirlər.
Vida mərasimi başa çatdıqdan sonra Orxan Novruzəlizadə Ağstafa rayon Vurğun qəsəbəsində yerləşən qəbristanlıqda dəfn olunacaq.
Mayın 11-də Ermənistan silahlı qüvvələri bölmələrinin qəsdən törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, 1998-ci il təvəllüdlü Novruzəlizadə Orxan Elxan oğlu şəhid olub.
Orxan Novruzəlizadə iki ilə yaxındır ki, Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirmiş. O, subay olub, bir qardaşı və iki bacısı var.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























