Ötən il dilənçiliklə məşğul olan 700-ə yaxın uşaq aşkar edilib

2022-ci il dilənçilik edən 685 uşaq aşkar edilib. Bunu Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov "insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında" məsələnin təqdimatı zamanı deyib.
O bldirib ki, dilənçiliyə şərait yaradan 232 valideyn müəyyən edilib.
Hesabat ilində yerli icra
hakimiyyətləri yanında komissiyalara, qəyyumluq və himayə orqanlarına 619
material göndərilmiş, övladlarının təlim-tərbiyəsi ilə bağlı üzərinə düşən vəzifələri
yerinə yetirməyən 48 valideyn inzibati məsuliyyətə cəlb edilməklə polis nəzarətinə götürülüb.
Aşkarlanan faktlar əsasında uşaqların kənar şəxslər tərəfindən dilənçiliyə cəlb edilməsi müəyyən edilməyib.
Gülnar Nazimqızı
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























