• $
  • €
  • ₽
  • ₺
  • £

2022-ci il insan alverinə cəlb edilənlərin sayı açıqlanıb

2022-ci il insan alverinə cəlb edilənlərin sayı açıqlanıb
12.05.2023 12:24
2022-ci il  insan alveri cinayətlərinin aşkarlanması və təqsirkar şəxslərin məsuliyyətə cəlb olunması sahəsində keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə bütövlükdə 204 , o cümlədən 157  insan alveri, 3 (sabit) məcburi əmək, habelə insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə görə 44 (+1) cinayət qeydə alınıb. Bunu Milli Məclisin mayın 12-də keçirilən plenar iclasında Daxili İşlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov  "insan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında" məsələnin təqdimatı zamanı deyib.
 
Həmin cinayətlər üzrə 15 nəfər məhkəmə məsuliyyətinə verilib. Onlardan 13-ü qadın, 2-si isə kişidir. Məhkəmələr tərəfindən ittiham hökmü çıxarılmış 12 nəfərdən 9-u 7 ildən 10 ilədək, bir nəfər 3 il müddətinə azadlıqdan məhrumetmə və bir nəfər azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş,daha bir şəxsin cəzası – himayəsində olan uşağı 14 yaşa çatanadək təxirə salınıb.
 
Axtarışda olan 23 təqsirləndirilən şəxsdən 9-u tutulub, 14 nəfərin axtarışı davam etdirilir.
 
 
Gülnar Nazimqızı 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol