Salyan Təsil Şöbəsinə təhsildən anlayışı olmayan şəxsi rəhbər təyin ediblər - Millət vəkili

Salyan Regional Təhsil Şöbəsinin müdiri təhsildən anlayışı olmayan adamdır. Bunu mayın 12-də Milli Məclisin plenar iclasında deputat FƏzail Ağamalı Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
Deputat bildirib ki, hazırda Salyanda hazırda 20 məktəbdə direktor vəzifəsi boş qalıb.
"Təhsilimizdə müəyyən problemlər var. Repitorluq fəaliyyəti də ciddi problemlər yaradır. Daha sonra 2 pilləli ali təhsil yalnız bizim ölkədə var. Hər il 100 mindən çox uşaq məktəbi bitirir və yalnız 50 mini ali məktəbə qəbul olur. Təhsil almayan uşaqlar üçün alternativlər düşünmək lazımdır. Təklif edirəm Milli Məclisin "Payız sessiyası"nda geniş müzakirələr açaq və bu məsələləri müzakirə edək", - deputat bildirib.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























