Cari ilin 3 ayında yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb

2023-cü ilin yanvar-martında 370 yol-nəqliyyat hadisəsi baş verib, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 azdır. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bildirilir ki, hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 10,3 faiz azalaraq 499 nəfər olub.
Zərərçəkənlərdən 173-ü həlak olub, 326-sı isə yaralanıb.
Yol-nəqliyyat hadisələrinin 89,5 faizi yaşayış məntəqələrində baş verib, hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 2,3 faiz artaraq 132 nəfər, yaralananların sayı isə 5,7 faiz azalaraq 316 nəfər olub.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























