• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sərhədini pozan şəxs əmrə tabe olmayıb, İrana qaçıb

Azərbaycan sərhədini pozan şəxs əmrə tabe olmayıb, İrana qaçıb
12.05.2023 18:00
Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin əməkdaşları ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirilməsinin qarşısını alıb.

Bu barədə Dövlət xidmətindən məlumat verilib.

Belə ki, "Göytəpə” və "Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər sərhəd pozucusu və 1 nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.

Mayın 9-da saat 07:00 radələrində Sərhəd Qoşunlarının "Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair vətəndaşı 1997-ci il təvəllüdlü Merrouche Ebdelouahab saxlanılıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılan şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Məmmədov İlham İsaxan oğlu müəyyən edilərək istintaqa cəlb edilib.

Mayın 10-da saat 01:40-da Sərhəd Qoşunlarının "Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İrandan Azərbaycana keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı 1988-ci il təvəllüdlü Şirəliyev Aqil Məhəmməd oğlu saxlanılıb.

Mayın 11-də saat 21:45-də Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində naməlum şəxsin İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozması müşahidə olunub.

Sərhəd naryadı tərəfindən "Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçıb.

Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol