• $
  • €
  • ₽
  • ₺
  • £

“Xocəsən” metrostansiyasına müntəzəm avtobus marşrutları istifadəyə verilib

“Xocəsən” metrostansiyasına müntəzəm avtobus marşrutları istifadəyə verilib
12.05.2023 16:28
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması, sıxlığın azaldılması, nəqliyyat infrastrukturunun səmərəli istifadəsi ilə bağlı tədbirlər çərçivəsində Ceyranbatan-"Xocəsən” metro stansiyası-Ceyranbatan, Masazır-"Xocəsən” metro stansiyası-Masazır müntəzəm avtobus marşrutlarını istifadəyə verib.

Bu barədə Agentlik xəbər verir.

Məlumata görə, marşrutlar Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin nəticəsinə əsasən fəaliyyətə başlayıb.

Ceyranbatan qəsəbəsi-"Xocəsən” metro stansiyası istiqaməti üzrə 505 nömrəli marşrut xətti 6, Masazır qəsəbəsi-"Xocəsən” metro stansiyası istiqaməti üzrə 506 nömrəli marşrut xətti isə 7 orta tutumlu avtobusla sərnişinlərə xidmət göstərir. Saat 06:10-dan 22:00-dək sərnişindaşımanı həyata keçirən avtobuslar arasında interval 15-20 dəqiqə təşkil edir.

Uzunluğu 24,2 km təşkil edən Ceyranbatan qəsəbəsi-"Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: Ceyranbatan qəsəbəsi, Bakı Mühəndislik Universiteti, "AAAF Park” yaşayış kompleksi, "Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Xırdalan dairəsi, Sulutəpə, "Xocəsən” metro stansiyası.

16,7 kilometrlik Masazır qəsəbəsi-"Xocəsən” metro stansiyası marşrut xəttinin hərəkət istiqaməti üzrə aşağıdakı dayanacaqlar nəzərdə tutulub: "Abşeron City” yaşayış kompleksi, "Qurtuluş-93” yaşayış kompleksi, "Yeni Bakı” yaşayış massivi, Masazır dairəsi, "Kristal Abşeron-2” yaşayış kompleksi (Xırdalan Dəmiryol stansiyası), Sulutəpə, "Xocəsən” metro stansiyası.

Şəhərlərarası və şəhərdaxili marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol