• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan istehsalı olan sayğacların tətbiqinə başlanılır

Azərbaycan istehsalı olan sayğacların tətbiqinə başlanılır
12.05.2023 19:57
"Bu ilin may ayında SOCAR "Azəriqaz" İstehsalat Birliyinin məişət tipli qaz sayğaclarına olan tələbatının yerli istehsal hesabına tam ödənilməsi məqsədi ilə "Gəncə Cihazqayırma Zavodu" ASC ilə müqavilə imzalanıb.

Bu barədə SOCAR "Azəriqaz" İB-nin Sayğacların tətbiqi, idarə olunması və nəzarəti şöbəsinin rəisi Rövşən Məhyəddinov bu gün keçirilən "Açıq qapı" aksiyasında çıxışı zamanı bildirib. O deyib ki, "Azəriqaz” İB ilə "Gəncə Cihazqayırma Zavodu” ASC arasında bu əməkdaşlıq sayğaclara olan tələbatın ödənilməsi üçün SOCAR-ın idxaldan asılılığını azaldacaq: "Əməkdaşlıq çərçivəsində qaz sayğaclarının alqı-satqısı yerli istehsalla həyata keçiriləcək, yerli sahibkarlığın inkişafına dəstək veriləcək, xarici valyutanın ölkədən kənara çıxmasının qarşısı alınacaq, həmçinin qaz sayğaclarının təmiri və servis xidməti ilə bağlı məsələlərin asanlaşdırılması və ucuzlaşdırılması təmin ediləcək".

Birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev isə media nümayəndəsinin məktəblərin qazlaşdırılması ilə bağlı ünvanladığı sualını cavablandırıb. Şöbə rəisi bağça və məktəblərin qazlaşdırılmasının digər müəssisə, fərdi yaşayış evləri və mənzillərdən təhlükəsizlik baxımından daha həssas olduğunu qeyd edib: "Biz bağça və orta məktəblərə birbaşa olaraq mavi yanacağın verilişini təmin edə bilmirik. SOCAR "Azəriqaz" İB bağça və məktəblərin yalnız qazanxanalarına təbii qazla təmin olunmasını icra edir. Bunun üçün müvafiq sənədlə Elm və Təhsil Nazirliyinə müraciət edilir və nazirlik müvafiq sənədləri Birliyə təqdim edir. Bütün sənədlər uyğun olduqdan sonra SOCAR "Azəriqaz" İB qısa müddət ərzində qazlaşdırılma işini həyata keçirir".

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol