Ucarda evlərdən oğurluq edən dəstə zərərsizləşdirilib

Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən üç fərdi yaşayış evindən oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf edib. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Əhmədov, R.Alıyev və E.Hüseynov müxtəlif vaxtlarda rayon ərazisində yerləşən üç fərdi yaşayış evinə qanunsuz daxil olaraq evlərdən televizor, samovar, musiqi mərkəzi, xalçalar, eləcə də müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayıblar. Zərərçəkmişlərə ümumilikdə 10000 manata yaxın maddi ziyan dəstə üzvləri, ələ keçirdikləri qənimətlərin bir qismini ucuz qiymətə sataraq, əldə etdikləri pulları öz aralarında bölüblər. Əşya və avadanlıqların bir qismi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























