Kənd təsərrüfatı sərgisində iştirak edəcək fermerlərin sayı açıqlanıb

Bu il Kənd təsərrüfatı sərgisi daha da geniş miqyasda - 40 bölgədən 600-ə yaxın fermerlərin iştiraki nəzərdə tutulub. Bunu Azərbaycan respublikası Kənd təsərrüfatı nazirliyinin protokol sektorunun rəhbəri Toğrul Qafarbəyli 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı "Caspian Agro” və 28-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi "InterFood Azerbaijan” Sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransında deyib.
O bildirib ki, ilk dəfə olaraq Naxçıvan Muxtar respublikasının kənd təsərrüfatı nümayəndələri sərgidə iştirak edəcək.
"Üç gün davam edəcək sərgidə kənd təsərrüfatı sahəsində innovativ texnologiyalar müzakirə olunacaq. Eksponentlərin 70%-ni xarici şirkətlər təşkil edəcək.Sərgidə yerli iş adamları beynəlxalq təcrübəni öyrənmək imkanına sahib olacaqlar. Sərginin geniş məzmunlu keçirilməsi nəzərdə tutulub. Kənd Təsərrüfatının bütün istiqamətləri olacaq"-o bildirib.
Aytac Zeynalova
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib