Azərbaycanın axtarışa verdiyi şəxs Ukraynadan ekstradisiya edildi

Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs- Elşən Qasımov Ukraynada tutulub. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Elşən Qasımov Ukrayna Respublikası ərazisində saxlanılaraq Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib.
www.anews.az
Bildirilib ki, Sabirabad polis şöbəsində istintaq olunan cinayət işi üzrə Elşən Qasımovun Cinayət Məcəlləsinin 180.2.1 və 180.2.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə soyğunçuluq) maddələrində nəzərdə tutulan əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə barəsində beynəlxalq axtarış elan edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























