Bakı-Ankara təyyarəsi Tbilisi hava limanına təcili eniş edib

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) tərkibinə daxil olan "Buta Airways” aviaşirkətinin J2-9003 nömrəli Bakı-Ankara reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Aeroportunda eniş etmək qərarına gəlib. Bu barədə AZAL-dan bildirilib.
"Buna səbəb təyyarədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi olub. Təyyarə yerli vaxtı ilə saat 12:23-də Tbilisi hava limanına uğurla eniş edib. Sərnişinə tibbi yardım göstərildikdən sonra təyyarə Ankaraya yola düşəcək", - məlumatda deyilir.
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib