TƏBİB: Azərbaycanda bəzi xəstəliklər üzrə dərmanların istehsalı planlaşdırılır

"R-Pharm” zavodunda bir sıra sosial əhəmiyyətli xəstəliklərin: onkoloji, kardioloji, endokrinoloji, hematoloji, antibakterial, virus və digər xəstəliklərin müalicəsi üçün dərman vasitələrinin istehsalı planlaşdırılır. Bu barədə TƏBİB-dən bildirilib.
Bildirilib ki, Hepatit C, şəkərli diabet, vərəmdən, eləcə də onun aqressiv davamlı formalarından əziyyət çəkən xəstələr də qabaqcıl terapiyadan yararlana biləcəklər.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndə heyəti mayın 15-də "R-Pharm” əczaçılıq zavodunu ziyarət ediblər.
Zavoda təşkil edilən səfər mütəxəssislərə texnoloji proseslə yaxından tanış olmaq, eləcə də bütün mərhələlərdə istehsalat mexanizmi və prinsiplərini daha yaxşı anlamaq imkanı yaradıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























