• $
  • €
  • ₽
  • ₺
  • £

Aktrisa Ülviyyə Əliyeva teatr direktorundan şikayət edir

Aktrisa Ülviyyə Əliyeva teatr direktorundan şikayət edir
15.05.2023 17:55
Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktrisası Ülviyyə Əliyeva teatrın direktoru Əliqismət Lalayevdən şikayətçidir. Bu barədə aktirisa "Qafqazinfo”ya müraciət edib.
 
Aktrisa iddia edib ki, Əliqismət Lalayev onunla ədavət aparır, illərdir fəxri ad və Prezident mükafatı almasına imkan vermir.

"Mənimlə nəyi bölüşə bilmədiyini bilmirəm. Balığı sudan çıxarıb havasını kəsərsən a, o da elə davranır. Hətta bir dəfə mənə qarşı çox böyük haqsızlıq etmişdi. Teatrdan küsüb getmişdim, amma sənətdən uzaqlaşmamışdım. O ərəfələrdə "Üç bacı” serialı çəkilirdi, "Çal-çağır” da var idi. İki ildən sonra Əliqismət Lalayev çağırdı ki, gəl, sənə fəxri ad da, mükafat da verəcəyik. İki il də keçdi, mənə Xalq artisti Afaq Bəşirqızının "Mən dəyərəm min cavana” tamaşasındakı "Güldəstə” obrazını həvalə etdilər. İki-üç il də keçdi, gəlib dedim ki, bəs nə oldu? Qayıdıb dedi ki, sən hələ gözlə, səndən əvvəl gələnlər var. Dedim ki, yaxşı, mən həmişə böyük-kiçik yerini gözləmişəm. Sonra gördüm ki, hətta dörd-beş ildir gələnlər də artıq mükafat alır, amma mənim adım yenə də siyahıya salınmayıb. Bəli, gənclərin də haqqıdır, hamının haqqıdır. Bu, Prezidentin, dövlətin verdiyi mükafatdır. Biz artıq orta nəsil sayılırıq. Və məni yenə kölgədə qoyurlar. Nə qədər ki o insan oradadır, belə də olacaq, adım siyahıya heç vaxt düşməyəcək. Səbəbini bilmirəm”,- aktirsa vurğulayb.
 
Məsələ ilə bağlı "Qafqazinfo" Əliqismət Lalayevlə əlaqə saxlayıb.
 
Direktor Əliqismət Lalayev "Qafqazinfo”ya açıqlamasında bildirdi ki, son üç ildə teatrda heç kim fəxri ad almayıb.
 
"Prezident mükafatı isə iş təcrübəsi ilə əlaqədar verilir. Alanlar da elə 20-25 ildir işləyir. Ona da növbə çatacaq, o da alacaq. Teatrda 70 aktyor var, cəmi 9-u Prezident mükafatı alıb”,- direktor vurğulayıb.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol