• $
  • €
  • ₽
  • ₺
  • £

Su ehtiyatlarından səmərəli istifadə üçün Sumqayıt və Abşeron üzrə işçi qrupları yaradılıb

Su ehtiyatlarından səmərəli istifadə üçün Sumqayıt və Abşeron üzrə işçi qrupları yaradılıb
15.05.2023 18:45
Su ehtiyatlarından səmərəli istifadənin təmin olunması, içməli sudan qeyri-qanuni istifadə hallarının aşkarlanması və aradan qaldırılması, su itkilərinin minimuma endirilməsi, israfçılığın qarşısının alınması və yaranmış debitor borcların ödənilməsi məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yerli icra orqanları ilə birgə fəaliyyətin təşkili istiqamətində zəruri tədbirlər həyata keçirir. Bununla bağlı keçirilən görüşdə bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Prezident İlham Əliyevin 2020-ci ildə imzaladığı sərəncama əsasən ölkə ərazisində su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Komissiya yaradılıb və Tədbirlər Planı təsdiq edilib.
 
Tədbirlər Planında nəzərdə tutulan tətbirlərin icrasını təmin etmək, su itkilərinin, israfçılığın, sudan qanunsuz istifadənin aradan qaldırılması istiqamətində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən kompleks tədbirlərin icrasına başlanıb. Bu məqsədlə Bakı şəhəri və rayonlarının, Sumqayıt şəhəri və Abşeron Rayon İcra Hakimiyyətləri ilə birgə fəaliyyətlərin əlaqələndirilməsi nəzərdə tutulub.
 
Bakı şəhərinin rayonları, Sumqayıt şəhəri, Abşeron rayonu və Bağlar massivi üzrə işçi qrupları yaradılıb və fəaliyyətə başlayb. İlkin araşdırmalar göstərir ki, bir sıra sahibkarlıq subyektləri və fərdi evlərin sahibləri sudan qanunsuz və uçotsuz istifadə edir, bunların yolverilməz olduğu onların diqqətinə çatdırılır və maarifləndirmə işləri aparılır.
Müzakirə olunan məsələlərlə bağlı Abşeron Rayon İcra Hakimiyyətində işçi qrupun yaradılması qərara alınıb. İşçi qrupunda Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, ərazi icra nümayəndələri, Abşeron Sukanal İdarəsinin əməkdaşları təmsil olunacaq.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol