• $
  • €
  • ₽
  • ₺
  • £

DOST Agentliyində Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş olub (FOTO)

DOST Agentliyində Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüş olub (FOTO)
15.05.2023 22:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyində ölkəmizdə səfərdə olan Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyukun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olub.

ƏƏSMN-dən  verilən məlumata görə, görüşdən əvvəl nümayəndə heyəti DOST Mərkəzində əhaliyə göstərilən xidmətlərlə tanış olub.
 
Qonaqlar üçün DOST konsepsiyasına, nazirliyin innovativ iş təcrübələrinə, elektron sistemlərinə dair təqdimatlar edilib.

Ukrayna Ali Radasının nümayəndə heyəti ilə görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Ukrayna arasında dostluq münasibətlərinə əsaslanan ikitərəfli əlaqələrin, qarşılıqlı faydalı əməkdaşlığın sosial sahəni də əhatə etdiyini bildirib.
 
Üç il əvvəl iki ölkənin hökumətləri arasında pensiya təminatı və hərbi qulluqçuların icbari dövlət fərdi sığortası haqqında, habelə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Sosial Siyasət Nazirliyi arasında imzalanan əməkdaşlıq sənədlərinin sosial sahədə əlaqələrin inkişafında əhəmiyyəti qeyd olunub.

Ötən dövrdə əlilliyi olan şəxslərin tibbi-sosial reabilitasiyası sahəsində əməkdaşlıq təcrübəsinin formalaşdığı diqqətə çatdırılıb. Həmçinin keçən il Ukraynada müharibədən əziyyət çəkmiş bir qrup ukraynalı uşağın ölkəmizə gətirilərək reabilitasiya xidmətləri ilə təmin edildikləri bildirilib.

Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahələrində aparılan islahatlar, bu sahələrdə innovativ həllərin geniş tətbiqi işləri, DOST konsepsiyası, ölkəmizdə əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri barədə məlumat verilib.

Olena Kondratyuk Azərbaycana səfərindən və ikitərəfli əlaqələrin inkişafından məmnunluğunu ifadə edib, sosial sahədə islahatlar prosesində əməkdaşlığın genişlənməsinin önəmini vurğulayıb.
 
Görüşdə sosial müdafiə, pensiya, habelə əlilliyi olan şəxslərin reabilitasiyası sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol