Mayın 15-də temperatur iqlim normasından aşağı olub

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 16-na olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq ərazilərdə qar yağıb.
Bu barədə Xidmətdən xəbər verilib.
Şahdağda 2 sm, Qrızda 1 sm, Lerik, Daşkəsən və Gədəbəy rayonlarının dağlıq ərazilərində qar yağıb.
Mayın 15-də şimal-qərb küləyi arabir Bakıda vəAbşeron yarımadasında arabir 23 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.3 metrə çatıb.
Mayın 15-də iqlim normasından 3.0° aşağı olub, havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 12-14° isti, Naxçıvanda 5-10° isti, dağlıq rayonlarda 3-6° isti, yüksək dağlıq rayonlarda 4°-dək şaxta, aran rayonlarında 12°-dək isti olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























