Ali Məclis sədrinə yeni müavin seçildi

Naxçıvanda altıncı çağırışda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyasında Qıvraq seçki dairəsindən deputat Anar Adil oğlu İbrahimov Ali Məclis sədrinin müavini seçilib. Bu barədə NUHÇIXAN xəbər saytı məlumat yayıb.
Məlumata görə, Anar İbrahimov Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində Azərbaycan nümayəndə heyətinin rəhbəri, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədridir.
Hazırda altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin onuncu sessiyası keçirilir. Sessiya davam edir. İctimaiyyətə sessiyanın gedişi ilə bağlı ətraflı məlumat veriləcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























