Həkimin səhvi ilə üzləşən şəxs nə etməlidir? - HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Azərbaycan Respublikasının Konstitusiyanın əhalinin
sağlamlıq hüquqları haqqında qanununun 41-ci maddəsinə görə, pasientin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin
rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən
edilmiş qaydada məhkəməyə müraciət edə bilər.
Hüquqşünas Fərhad Mehdiyev bu cür hallarda vətəndaşları prokrorluğa yox, vəkillərə müraciət etməyə çağırıb.
"Öncə onu qeyd edim ki, həkim səhvi ilə müalicə səhvi eyni deyil. Müalicə səhvində həkim məsuliyyət daşımır. Amma həkim səhvində birbaşa həkim özü məsuliyyət daşıyır. Həkimlər adətən müalicəni tibbi protokola uyğun olaraq aparırlar. Həkim tibbi protokollara uyğun olmayan bir müalicə yazıbsa, lazım olan analizləri toplamayıbsa, bu artıq həkimin birbaşa səhvi hesab olunur. Bu halda cinayət məsuliyyəti yaranır və konpensasiya tələb etmək mümkündür. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Mən vətəndaşlara belə hallarda polisə və yaxud icra orqanlarına müraciət etməyi məsləhət görmürəm. Çünki, belə hadislər zamanı çox vaxt həkimlərin xeyrinə qərar çıxarılır. Tövsiyyə edirəm ki, bu cür hallarda vəkil tutub mülki qaydada ya xəstəxanaya, ya da həkimin özünə qarşı iddia qaldırsınlar. Bir çox hallarda iddia xəstəxanaya qarşı qaldırılır. Çünki, xəstəxanadan pulu almaqda rahatdır. Eyni zamanda xəstəxanalar özləridə belə məqamlara daha ehtiyyatlı və həssas yanaşırlar”, - hüquqşünas bildirib.
www.anews.az
Aktual
məsələlərdən biri də tibbi xidmətlərin göstərilməsi zamanı vətəndaşların
həyat və sağlamlığına dəyən zərərin kimlər tərəfindən ödənilməsidir. Praktikada
bu məsələ çox zaman çətinliklər yaradır. Çünki burada məsuliyyətin kimə aid
edilməsi, təqsirin olub-olmaması, vurulan zərərin ödənilməsi kimi məsələlər qaranlıq qalır.
Hüquqşünas Fərhad Mehdiyev bu cür hallarda vətəndaşları prokrorluğa yox, vəkillərə müraciət etməyə çağırıb.
"Öncə onu qeyd edim ki, həkim səhvi ilə müalicə səhvi eyni deyil. Müalicə səhvində həkim məsuliyyət daşımır. Amma həkim səhvində birbaşa həkim özü məsuliyyət daşıyır. Həkimlər adətən müalicəni tibbi protokola uyğun olaraq aparırlar. Həkim tibbi protokollara uyğun olmayan bir müalicə yazıbsa, lazım olan analizləri toplamayıbsa, bu artıq həkimin birbaşa səhvi hesab olunur. Bu halda cinayət məsuliyyəti yaranır və konpensasiya tələb etmək mümkündür. Pasiyentin hüquqları pozulduqda, o, müalicə-profilaktika müəssisəsinin rəhbərliyinə, müvafiq icra hakimiyyəti orqanına və ya qanunvericilikdə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Mən vətəndaşlara belə hallarda polisə və yaxud icra orqanlarına müraciət etməyi məsləhət görmürəm. Çünki, belə hadislər zamanı çox vaxt həkimlərin xeyrinə qərar çıxarılır. Tövsiyyə edirəm ki, bu cür hallarda vəkil tutub mülki qaydada ya xəstəxanaya, ya da həkimin özünə qarşı iddia qaldırsınlar. Bir çox hallarda iddia xəstəxanaya qarşı qaldırılır. Çünki, xəstəxanadan pulu almaqda rahatdır. Eyni zamanda xəstəxanalar özləridə belə məqamlara daha ehtiyyatlı və həssas yanaşırlar”, - hüquqşünas bildirib.
Azərbaycan
Respublikası Mülki Məcəlləsinin 1112-ci maddəsinə əsasən tibb müəssisəsində müalicə zamanı
(cərrahiyyə əməliyyatı, yanlış diaqnoz və s. nəticəsində) şəxsin sağlamlığına
vurulmuş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Yəni, tibbi müəssisəsi
orada işləyən həkimlərin əməlləri üçün məsuliyyət daşıyır. Əgər klinikada
çalışan həkim hər hansı səhv edirsə və bunun nəticəsində xəstəyə zərər dəyirsə,
klinika bunun üçün məsuliyyət daşıyır. Klinika, öz növbəsində, həkimdən
zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
Zərərvuran zərərin onun təqsiri üzündən baş vermədiyini sübuta
yetirərsə, məsuliyyətdən azad edilir.
Xəstəyə tibbi müdaxilədən əvvəl tibb müdaxilənin özü, riskləri və s.
barədə öncədən məlumat verilməli, onun bu barədə razılığı alınmalı və bu hallar
tərəflərin imzaladığı sənədlərlə rəsmiləşdirilməlidir.
"Əhalinin sağlamlığının qorunması haqqında”
Azərbaycan Respublikası Qanunun 25-ci maddəsinə əsasən hər bir vətəndaş müayinənin nəticəsi,
xəstəliyin diaqnoz və proqnozu, müalicə üsulları və bununla bağlı risk
dərəcələri, aparılmış müalicənin nəticəsi haqqında məlumatlar da daxil olmaqla
sağlamlığının vəziyyəti barədə özü üçün səmərəli formada məlumat almaq hüququna
malikdir.
Cinayət Məcəlləsinin 142-ci maddəsinə əsasən xəstəyə kömək etməyə
borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım
göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır zərər vurmaya görə
tibb işçisi 1000 manatdan 1500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın
məhdudlaşdırılması və ya 1 ilədək
müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Eltac Nurullazadə
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























