Avtobusların texniki baxışdan keçirilməsi proseduru dəyişib

Nazirlər Kabineti "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.
Dəyişiklik sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi zamanı icbari sığorta müqaviləsinin elektron sistem vasitəsilə yoxlanılması ilə əlaqədardır.
Beləliklə, sahiblərinin mülki məsuliyyəti icbari qaydada sığortalandıqda, sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələrinə münasibətdə sərnişinlərinin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası həyata keçirildikdə texniki baxışa buraxılacaq. Bu halda müvafiq icbari sığorta müqaviləsinin mövcudluğu elektron informasiya sistemi vasitəsilə yoxlanılacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























