Daha bir metro bazarının söküntüsünə başlandı

Bakı metropoliteninin keçidlərindəki ticarət köşklərinin söküntüsünə başlanılıb.
Oxuculardan birinin Milli.Az-a verdiyi məlumata görə, bu gün səhərdən etibarən "Memar Əcəmi" stansiyasında artıq söküntü işlərinə başlanılıb. Söküntü işlərini bəzi dükanların sahiblərinin özləri, bəzilərində isə fəhlələr icra edirlər.
Oxucu yazır ki, ticarətçilər mallarını boşaldırlar. Həmin malları müştərilərə ucuz qiymətə də təklif edirlər ki, söküntü işləri başa çatana qədər mümkün qədər çox mal sata bilsinlər. Metro ticarətçilərinə köşkləri yığışdırmaq üçün martın 27-dək vaxt verilib.Bu qərarla razılaşmayan metro ticarətçiləri “Elmlər Akademiyası” metrosu qarşısında iki dəfə aksiyaya cəhd ediliblər.Metropolitenin baş mühəndisi Fuad Tağızadə mətbuata açıqlamasında bildirib ki, Bakı Metropolitenində xaos vəziyyəti yaranıb. "Pilləkənlərin üzərində ticarətlə məşğul olmaq olmaz. Sərnişin rahat keçməlidir. İlk növbədə, mədəni xidməti yüksəltməli, sərnişinə komfort yaratmalıyıq", - o əlavə edib. ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























