• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” 5G sürətini Sumqayıta gətirdi!

“Nar” 5G sürətini Sumqayıta gətirdi!
17.05.2023 14:14
"Nar” ultra sürətli 5G texnologiyasını Sumqayıt şəhərində test rejimində təqdim edir. Bununla da, "Nar” 5G texnologiyasını paytaxtdan kənara gətirən ilk mobil operator olub. Abunəçilər 5G texnologiyasını dəstəkləyən şəxsi mobil telefonları ilə Sumqayıt şəhəri, 2-ci mikrorayon, Sülh küçəsi 34 ünvanında yerləşən "Nar” mağazasında şəbəkəyə qoşula və ya mağazada şəbəkəyə qoşulmuş cihazlardan istifadə edərək 5G sürətini sınaqdan keçirə bilərlər. 

İlk dəfə 5G şəbəkəsinə qoşulan "Nar” abunəçiləri *775#YES şifrəsini yığmaqla 10GB həcmində pulsuz 5G internet paketi əldə edə bilərlər ki, bu da onlara gün ərzində həmin ərazidə 5G sürətini sınaqdan keçirməyə imkan verəcək.

"Abunəçilərimiz üçün mümkün ən yaxşı rəqəmsal təcrübəni təmin etmək üçün ilk dəfə olaraq paytaxtdan kənarda-Sumqayıtda 5G texnologiyasını təqdim etməkdən qürur duyuruq. Əminik ki, bu yenilik müştərilərimizə yeni rəqəmsal imkanları araşdırmaq üçün əla fürsət yaradacaq”, - deyə "Nar”ın Baş İcraçı direktoru Qunnar Panke bildirib.

Hal-hazırda keyfiyyətli və kəsintisiz "Nar” şəbəkəsi ölkə ərazisinin 98%-ni, əhalinin isə 99%-ni əhatə edir.

"Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksək keyfiyyətli rabitə xidmətləri göstərməkdədir. "Nar” son 4 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur. Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraq sərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol