• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya Moskvadakı görüşü təsdiqlədi

Rusiya Moskvadakı görüşü təsdiqlədi
17.05.2023 17:28
Mayın 19-da Moskvada Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov, Ceyhun Bayramov və Ararat Mirzoyanın üçtərəfli görüşü baş tutacaq, həmçinin Bakı ilə İrəvan arasında ayrı-ayrılıqda danışıqlar aparılacaq. Bunu çərşənbə günü keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O bildirib ki, Azərbaycanın sülh müqaviləsi üzrə danışıqları ayrıca aparılacaq.
 

"Mayın 19-da Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycan Respublikasının xarici işlər naziri və Ermənistan Respublikasının xarici işlər naziri arasında üçtərəfli və ayrıca ikitərəfli görüşlər keçiriləcək", - o deyib.
 
2022-ci ilin dekabrında Mirzoyan Ceyhun Bayramovla Moskvada görüşməli idi. Lakin xarici işlər naziri görüşə gəlməkdən imtina edib.
 
XİN başçıları sonuncu dəfə oktyabrın 2-də İsveçrənin Cenevrə şəhərində görüşüblər.
 
Həmçinin sentyabrın 19-da Nyu-Yorkda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, ABŞ dövlət katibi Entoni Blinken və Ermənistan XİN rəhbəri Ararat Mirzoyan arasında üçtərəfli görüş olub.
 
Sonuncu dəfə  Baramov və Mirzoyan Amerikada görüşüb. Onlar sülh müqaviləsi üzrə danışıqlar prosesi həyata keçirib. Danışıqların bir neçə gün davam etdirilməsindən sonra bəzi razılıqlar əldə olunub. 
 
Gülnar Nazimqızı 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol