Beyləqanda 15 yaşlı qız evləndirilir- FOTO

Beyləqanın birinci Şahsevən kəndi ərazisində 15 yaşlı qız evləndirilir. Bu barədə "Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova facebook hesabında paylaşıb.
O bildirib ki, artıq qonşulara dəvətnamələr paylanılıb.
"Çox vacib bir məsələni aidiyyatı qurumların nəzərinə çatdırmaq istəyirik. Beyləqanda 15 yaşlı qız təhsildən yayındırılaq, evləndirilmək üzrədir. Artıq qonşulara dəvətnamələr belə paylanıb. Verilən məlumata görə, azyaşlı dəfələrlə başqa şəxslərlə məcburi nişanlandırılıb, ancaq nişanı qaytarılıb. Bizə verilən məlumatda onu da bildirdilər ki, azyaşlı özü evlilik barədə razılığı yoxdur, ancaq ailə tez bir zamanda sanki qızlarından qurtulmaq üçün can atırlar.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirildi ki, hadisə barədə məlumatlıdırlar. Hazırda araşdırılma aparılır.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























