• $
  • €
  • ₽
  • ₺
  • £

Mikayıl Cabbarov yeniliklər vəd edir

Mikayıl Cabbarov yeniliklər vəd edir
15.03.2014 11:22
“Ali məktəblərin bəzi ixtisaslarında təhsil alan tələbələrə xüsusi təqaüdlər veriləcək”“Yeni tədris ilindən başlayaraq Təhsil Nazirliyi Azərbaycanın ali təhsil sistemində bəzi yeniliklərə imza atacaq. Belə ki, cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələrə yüksək ballı tələbələrin cəlb edilməsi üçün xüsusi stimullaşdırma proqramları həyata keçiriləcək”. Bu barədə APA-ya açıqlamasında təhsil naziri Mikayıl Cabbarov məlumat verib. O bildirib ki, nazirlik olaraq bu gün müəllimlik peşəsinə gələn insanların bilik səviyyəsi onları qane etmir. Nazirin sözlərinə görə, ölkədə müəllim olmaq istəyənlər abituriyentlərin ən yüksək nəticə göstərən 10-15%-dən deyil, daha aşağı nəticə göstərənlər arasından seçilir: “600-dən yuxarı balla pedaqoji ali təhsil müəssisələrinə gələn tələbələrin sayı çox azdır. Ona görə də birinci müəllim peşəsinə məhz belə istedadların və gənclərin cəlb edilməsi üçün konkret addımlar atmalıyıq. Növbəti tədris ilindən yüksək balla müəllim peşələrini seçən, şüurlu şəkildə müəllim peşəsinə gələn və öz həyatını gələcəkdə təhsil sistemi ilə bağlamaq, gələcək vətəndaşların formalaşmasına töhfə vermək istəyən istedadlı gənclərə xüsusi müavinətlər, imtiyazlar, daha yüksək təqaüdlərin ödənilməsi sistemi tətbiq ediləcək. Bu təcrübə yalnız müəllim peşəsini əhatə etməyəcək, həmçinin dövlətin tələbləri üçün zəruri, insan kapitalının formalaşması üçün çox əhəmiyyətli olan, lakin bu və yaxud digər səbəbə görə bu gün yüksək ballı abituriyentlər arasında prestijli hesab olunmayan bir sıra digər sahələrə də tətbiq ediləcək. Misal olaraq, bunlara aqrar sahə, mühəndislik, dəqiq elmlər və bu kimi cəmiyyətdə “qeyri-prestij”li kimi qəbul olunan peşələr daxildir. Növbəti akademik ildən başlayaraq yeniliklər tətbiq olunması nəzərdə tutlur”.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol