• $
  • €
  • ₽
  • ₺
  • £

Mərkəz rəhbəri qızların erkən ərə verilməsinə görə valideynləri günahlandırıb

Mərkəz rəhbəri qızların erkən ərə verilməsinə görə valideynləri günahlandırıb
19.05.2023 18:30
Yoxsulluqdan çıxış yolu erkən nikah yox, təhsildir. Bunu Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.

O bildirib ki, son vaxtlar Azərbaycanda erkən nikahlara daha tez-tez rast gəlinir.
 
"Çox təəssüf ki, qızların 14-15 yaşdan ərə verilməsi faktları var. Baxmayaraq ki, qanunvericilik bu halları qətiyyətlə rədd edir, cəmiyyət erkən nikah bəlasından hələ xilas ola bilməyib. Azərbaycan qanunvericiliyində 2011-ci ildən qadınlar üçün nikah yaşı 17-dən 18-ə qaldırılıb. Ümumiyyətlə, 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyada müəyyənləşdirilmiş son həddir. Amma reallıq budur ki, qanunvericliyin tələbi tez-tez pozulur. Hər il neçə-neçə yeniyetmə qızlarımız erkən nikah kabusunun qurbanı olur, uşaq yaşında ərə getməyə məcbur edilir, arzuları yarımçıq qalır. Bununla da uşaq hüquqları kobud şəkildə pozulur. Araşdırmalar göstərir ki, bu, təkcə mental stereotiplərdən yox, ailələrin aşağı sosial durumundan, "qız yükü"ndən daha tez xilas olmaq niyyətindən və valideyn məsuliyyətsizliyindən qaynaqlanır",- vurğulayıb

.Musayevanın sözlərinə görə, bəzi ailələr yanlış qərar verərək, yoxsulluqdan çıxış yolunu qızlarını erkən yaşda ərə verməkdə görür: "Lakin bu gün ağır sosial durumdan azad olmağın ən yaxşı yolu övladının təhsil almasına, yeni bilik və bacarıqlara yiyələnməsinə dəstək olmaqdır. Bu baxımdan erkən nikahların ən ağır nəticələrindən biri məhz onun təhsilə mənfi təsiridir. Qızlar erkən yaşda ərə getməyə məcbur edildikdə, onların təhsil almaq imkanları ciddi şəkildə məhdudlaşdırılır və ya tamamilə dayandırılır. Bu isə onların gələcək karyerasını, iqtisadi müstəqilliyini ciddi sual altına alır"(report)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol