• $
  • €
  • ₽
  • ₺
  • £

Borclu şəxs dünyasını dəyişərsə, bu borcun aqibəti necə olur? – HÜQUQŞÜNAS MƏSLƏHƏTİ

Borclu şəxs dünyasını dəyişərsə, bu borcun aqibəti necə olur? – HÜQUQŞÜNAS MƏSLƏHƏTİ
19.05.2023 15:37
Bəzi hallarda borclu borcunu ödəmədən dünyadan köçür. Bəs belə olduğu təqdirdə borcun aqibəti necə olur və ya bu borc kredit borcudursa bu kim tərəfindən ödənilir?
 
Hüquqşünas Sahib Məmmədovun sözlərinə görə, ölən şəxsin kreditorlar qarşısında borc öhdəliyi varsa, bu öhdəlik vərəsələrinə keçir.
 
"Əgər həmin şəxsin sığortası yoxdursa, bu halda borc vərəsələrin əmlakına yönələ bilər. Vərəsələrin bu borcdan imtina etmək hüququ yoxdur və bu borc onlar tərəfindən qaytarılmalıdır. Əgər həmin şəxsin sığortalanma məsələsi həyata keçirilibsə, bu halda sığorta şirkəti bu borcu qaytarmalıdır”, -  hüquqşünas bildirib.
 
Hüquqşünas Arzu Əliyeva bildirir ki, əgər vərəsə borcu ödəyə bilmirsə və ya ölmüş şəxsin qoyduğu mirasın dəyəri kredit məbləğindən azdırsa, bu zaman yerdə qalan vəsait borcu verən orqanın üzərinə düşür.
 
Mülki Məcəllənin 1306-cı maddəsinə görə vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar.

Borclu şəxs ölərsə, onun vərəsələri bu barədə kreditorlara məlumat verməyə borcludur. Əks halda vəfat edənin əmlakına görə notariat kontorunda vərəsəlik açılarsa və bu barədə kreditor məlumat alarsa, o dərhal həmin vərəsələrə qarşı məhkəmədə iddia qaldırıb həmin borcu tələb edə bilər.
 
Eltac Nurullazadə

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol