• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış olub

Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış olub
19.05.2023 21:32
Şəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətləri də nəzərdən keçirilib.

ƏƏSMN-dən  verilən məlumata görə, Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovla birgə Şəkidə özünüməşğulluq proqramı əsasında yaradılan təsərrüfatlara baxış keçiriblər.

Şəkinin Qoxmuq kənd sakini Lalə Məmmədsalahova 44 günlük Vətən müharibəsində şəhid olmuş Kazım Məmmədsalahovun həyat yoldaşıdır. Müraciətinə uyğun olaraq o, 2021-ci ildə maldarlıq zərfi üzrə aktivlərlə təmin edilərək təsərrüfatını yaradıb. Həmçinin ötən il işlə də təmin edilib.

Şəkinin Oxud kənd sakini Samirə Salamova isə özünüməşğulluq proqramı çərçivəsində keçən il dərzilik zərfi üzrə avadanlıqlarla təmin edilərək öz kiçik biznesini qurub.

Hər iki proqram iştirakçısı onlara göstərilən bu sosial dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. Onlar qurduqları təsərrüfatlarını inkişaf etdirməyə səy göstərdiklərini vurğulayıblar.

Sonra Sahil Babayev və Elxan Usubov Şəki Reabilitasiya Mərkəzində əlilliyi olan şəxslərə göstərilən reabilitasiya xidmətlərinə baxış keçiriblər.

Son illərdə müasir standartlara uyğun reabilitasiya şəraitinin yaradıldığı Mərkəzdə Şəki və ətraf rayonlar üzrə əlilliyi olan şəxslər effektiv fizioterapevtik üsulların tətbiqi əsasında tibbi-sosial reabilitasiya xidmətləri ilə təmin olunur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol