• $
  • €
  • ₽
  • ₺
  • £

Metroda ticarətlə məşğul olan şəxslərə alternativ yerlər təklif olundu

Metroda ticarətlə məşğul olan şəxslərə alternativ yerlər təklif olundu
14.03.2014 18:10
Martın 13-də və 14-də Bakı Metropoliteni stansiyalarının keçidlərindəki köşklərdə çalışan bir qrup şəxs Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla görüşüblər.APA-nın məlumatına görə, “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) qərarı ilə metro stansiyalarından yığışdırılacaq ticarət köşklərində çalışanlar görüşdə paytaxtda ticarətlə məşğul olmaq üçün alternativ yerlərin ayrılmasını istəyiblər. Martın 13-də Bakı şəhər rayonlarının icra başçılarının da iştirak etdiyi görüşdə metro stansiyalarının keçidlərindəki ticarət köşklərində çalışanlara paytaxtda ticarətlə məşğul olmaları üçün alternativ yerlərin ayrılması məsələsi geniş müzakirə olunub. H. Abutalıbov bu gün satıcılarla yenidən görüşüb. Satıcıların APA-ya verdiyi məlumata görə, görüşdə onlara ticarətlə məşğul olmaq üçün paytaxtdakı “Yaşıl”,  “Şərq”, və Keşlə bazarlarında, “Günəş” və  AMAY ticarət mərkəzlərində yerlər təklif olunub. H. Abutalıbov 3 ay ərzində onlardan icarə haqqı alınmayacağı bildirib. Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Nuranə Mərdanova APA-ya açıqlamasında bildirib ki, bu görüşlər barədə mətbuat xidmətinə hələ heç bir məlumat daxil olmayıb. Qeyd edək ki, Bakı Metropoliteninin stansiyalarında fəaliyyət göstərən ticarət köşklərinin sahiblərinə ərazini boşaltmaq üçün martın 27-dək vaxt verilib. Bu qərar köşklərdə çalışanların etirazına səbəb olsa da, “Bakı Metropoliteni” QSC-nin rəhbərliyi qərarını dəyişməyib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol