“Azərbaycana kabab şişləri lazımdır” – Milli Məclisdə təklif

Milli Məclisin bu gün keçirilən iclasında hökumətin illik hesabatı zamanı kabab məsələsi qaldırılıb. Lent.az-ın verdiyi məlumatına görə, çıxış edən deputat Sahib Alıyev ölkəmizdə kababın bişirilmə mexanizmindən ciddi narahat olduğunu bildirib.O qeyd edib ki, kabab milli mətbəximizə, süfrəmizə aid olsa da, onu bişirən şiş bizdə istehsal olunmur: “Niyə o şişdən bizdə istehsal olunmur? Kababı sevir, “millidir” deyirik, amma onu bişirən şişi Türkiyədən gətizdiririk. Mən təklif edirəm ki, o şişdən bizdə də olsun”.Deputatın çıxışı həmkarları tərəfindən birmənalı qarşılanmayıb və gülüşə səbəb olub.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























