Azərbaycanın "Novruz" havası necə olacaq?

Novruz bayramı günlərində Azərbaycan ərazisində gözlənilən ilkin hava proqnozu açıqlanıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva APA-ya açıqlamasında deyib ki, bayram günlərində ölkə ərazisində dəyişkən buludlu, əsasən yağmursuz hava şəraitinin üstünlüyü gözlənilir. Bu günlərində bir qədər küləkli hava şəraiti müşahidə olunacaq. U.Tağıyevanın sözlərinə görə, yaxın 3-4 gün ərzində Bakıda və Abşeron yarımadasında daha çox küləkli hava şəraitinin üstünlük təşkil edəcəyi gözlənilir. Martın 16-da və 17-də arabir güclənən cənub küləyi müşahidə olunacaq. Buna baxmayaraq martın 18-dək havanın temperaturu günü-gündən artacaq. Martın 17-dən 18-nə keçən gecə şimal küləyinin qısa müddətə güclənməsi gözlənilir və nəticədə martın 18-də havanın temperaturu ötən günlərlə müqayisədə aşağı enəcək. Paytaxda havanın temperaturu 10-12 dərəcədən yuxarı olmayacaq. Martın 19-da, 20-də və 21-də isə tez-tez bir-birini əvəz edən şimal və cənub küləkləri əsəcək, arabir güclənəcək. Martın 19-dan 22-dək havanın temperaturu günü-gündən mülayimləşəcək və bir qədər yüksələcək. U.Tağıyeva qeyd edib ki, bayrama kimi hava proqnozu barədə proqnozlar yenilənəcək və dəqiqləşmələr ictimaiyyətə yenidən təqdim olunacaq: “Hansısa dəyişiklik olsa bu barədə növbəti proqnozlarda əks olunacaq”.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























