• $
  • €
  • ₽
  • ₺
  • £

DYP sosial şəbəkə istifadəçilərinə müraciət edib

DYP sosial şəbəkə istifadəçilərinə müraciət edib
24.05.2023 13:46
Bakı Şəhər Dövlət Yol Polis İdarəsi sosial şəbəkə istifadəçilərinə müraciət edib.

İdarənin rəsmisi polis mayoru Araz Əsgərli bildirib ki, bəzi insanlar müxtəlif formalarda avtomobillərin iştirakı ilə, xüsusən də keçmiş illərdə qeydə alınan qanun pozuntularının, avtoxuliqanlıq əməllərinin video materiallarını müxtəlif sosial şəbəkə platformalarında yerləşdirməklə paylaşımlar edirlər, cəmiyyətdə çaşqınlıqlar yaradırlar.

"Təəssüf hissi ilə bildiririk ki, onlar əks-təbliğat işləri aparmaqla qanunsuz hərəkətləri bilərəkdən və ya məsuliyyətini düzgün formada dərk etmədən, xüsusən də gənc nəsilə neqativ hərəkətləri nümunə kimi təqdim edirlər. Həmin şəxslər sosial şəbəkə hesablarında izləyici yığmaq üçün qayda pozuntularını çəkərək və ya əldə edərək onları dırnaq arası "qəhrəmanlıq” kimi təqdim etməklə cəmiyyətdə yalnış hərəkətləri aşıladıqlarını unutmamlıdırlar.

Belə xoşagəlməz hərəkətlərin təbliği cəmiyyətin və dövlətin qanunla qorunan maraqları baxımından yolverilməzdir. Qanununun aliliyi prinsipinə sadiq qalmaqla və ictimai asayişin, eləcə də vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün maarifləndirici, təsiredici imkanları olan daha kreativ videoların paylaşılmasını tövsiyyə edirik.

Cəmiyyətimiz üçün yersiz aqressiya və hüquqpozama hərəkətlərinin təbliğatını aparan şəxsləri məsuliyyətli olmağa çağırırıq. İstənilən bloqerə, cəmiyyətdə nüfuz sahibi olan, həmçinin ictimaiyyətin müsbət mənada qəbul etdiyi, həyat tərzi və davranışları ilə cəmiyyətə örnək ola biləcək şəxslərə isə bütün imkanlarımızdan istifadə etməklə dəstək ola biləcəyimizi də hər zaman vurğuladığımız kimi, bir daha xatırlatmağı da faydalı hesab edirik”.

"Gəlin, həmrəylik nümayiş etdirib ölkəmizdə yaşayan hər bir şəxsə qanunlara və qaydalara hörmətlə yanaşıb, məsuliyyətli vətəndaş olmağı və təhlükəsizlik mədəniyyətini təbliğ edək!”, - DYP rəsmisi vurğulayıb.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol