Azərbaycan İrandan idxal edilən bu məhsullara qadağa qoyub

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qiymətləndirmə apardığı İranda fəaliyyət göstərən müəssisənin təsdiqinə imtina verib.
Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, mayın 15-də İranın Bəndər Türkmən şəhərində yerləşən "Kianian Shamal” quş ayağının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib.
Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün "Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin sözügedən müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























