Sabiq bələdiyyə sədrinin cinayət işinin ibtidai istintaqı yekunlaşıb

Ağstafanın ağkəsəmən bələdiyyəsinin sabiq sədri Ariz Bayramovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, ibtidai istintaqla Ariz Bayramovun 2019-2022-ci illər ərzində həmin vəzifədə işləyərkən səlahiyyətlərindən sui-istifadə edərək kənd yollarının təmiri üçün xərcləri daha artıq rəsmiləşdirməsinə, səlahiyyətlərini aşaraq iclas keçirilmədən bələdiyyə vəsaitləri hesabına kənd sakinlərinə maddi yardım verilməsi barədə müvafiq sənədlərə yalan məlumatlar daxil etməsinə əsaslı şübhələr müəyyən edilib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























