• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və Özbəkistan hərbi tibb sahəsində əməkdaşlığı müzakirə ediblər

Azərbaycan və Özbəkistan hərbi tibb sahəsində əməkdaşlığı müzakirə ediblər
24.05.2023 19:08
Azərbaycan və Özbəkistan hərbi tibb sahəsində əməkdaşlığı müzakirə ediblər.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

İki ölkə arasında imzalanan ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Özbəkistan Müdafiə Nazirliyinin Tibb Təminatı İdarəsinin rəisi tibb xidməti polkovniki Nosirjon Fozilovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Müdafiə Nazirliyinin Tibb İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firudin Nəbiyev onları ölkədə görməkdən məmnun olduğunu bildirib.
 
General-mayor nümayəndə heyətinə Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, Vətən müharibəsi zamanı hərbi tibbi personalının səhra şəraitində və ekstremal vəziyyətlərdə fəaliyyəti barədə məlumat verib.

Görüşdə tərəflər hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Sonra özbəkistanlı qonaqlar Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Hərbi Poliklinika, Mərkəzi Stomatoloji Poliklinika, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi ilə tanış olub, hərbi tibb sahəsində xidmət edən həkimlərin fəaliyyətlərini izləyiblər.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol