Hacıbala Abutalıbov metro ticarətçilərini qəbul edib

Bu gün metroda ticarətlə məşğul olan sakinlər Bakı Şəhər İcra Hakimiyyətinin qarşısına toplaşıblar. Onlara martın 27-nə kimi obyektləri bağlamaqları bildirilsə də, onlar etirazlarını davam etdiriblər. Bu dəfə Bakı Şəhər İcra Hakimiyyətinin önündə yığışan etirazçılar onlara təklif olunan yerlərin o qədər ticarət üçün yaxşı yer olmadığını deyirlər. Səhər saatlarından baş tutan aksiyada obyekt sahibləri bir sıra tələblərini icra nümayəndələrinə bildirmək istədiklərini deyiblər. Nəhayət Bakı Şəhər icra hakimiyyətinin başçısı Hacıbala Abutalıbov obyekt sahiblərindən ibarət nümayəndə heyətini qəbul edib. Ancaq görüş bitəndən sonra danışıqlardan razı qalan olmayıb. Obyekt sahiblərinin sözlərinə görə, əgər onlara 1 il müddətində vaxt verilsə banklara olan külli miqdarda borclarını ödədikdən sonra həmin yerləri tərk edə bilərlər. Ancaq hələlik sahibkarlara icra hakimiyyətindən bu şərtlə bağlı heç bir konkret cavab verilməyib. .Danışıqlar nəticəsində icra başçısı martın 17-də yenidən sahibkarlardan ibarət 15 nəfərlik heyəti qəbul edəcəyini və təkliflərə yenidən baxılacağına söz verib. //Anspress
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























