Trendyol şirkəti adından iş təklif edilir – XƏBƏRDARLIQ

Vətəndaşlara ani mesajlaşma proqramları vasitəsilə "Trendyol” şirkəti adından sərfəli iş təklifi barədə saxta mesajlar göndərilir.
Bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.
Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə paylaşımlara etimad etməməyi, şübhəli mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edib.
"Trendyol” mərkəzi ofisi İstanbulda yerləşən e-ticarət bazarıdır.
"Trendyol” 2010-cu ildə geyim məhsulları üçün alış-veriş saytı kimi yaradılıb. Böyüməsi ilə paralel olaraq təklif etdiyi məhsul və xidmətləri genişləndirərək bazar formatına çevrilən saytda moda, elektronika, ev və mebel, qida, ana-uşaq, kosmetika kimi bir çox kateqoriyada satış həyata keçirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























