• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir məmurların xaricdə müalicəsindən danışdı

Nazir məmurların xaricdə müalicəsindən danışdı
14.03.2014 13:45
Oqtay Şirəliyev: "Çox vaxt insanlar xaricdə istirahət edərkən həmin ölkədə "check up"dan keçirlər"Azərbaycanın səhiyyə naziri Oqtay Şirəliyev ölkənin yüksək vəzifəli məmurlarının, deputatların xarici ölkələrin klinikalarında müalicəyə üstünlük verməsinə münasibət bildirib.O.Şirəliyev Səhiyyə nazirliyinin rəsmi mətbuat orqanı olan "Tibb" qəzetinə müsahibəsində deyib ki, belə hallar heç də həmişə baş vermir. Sadalanan qəbildən olan vətəndaşlar və onların ailə üzvlərinin çoxu yerli klinikalarda müalicə olunur: "Amma, əlbəttə, elə də olur ki, cəmiyyətdə tanınan şəxs sağlamlıq durumu barədə məlumatların yayılmasını istəmədiyinə görə, yaxud hansısa digər səbəblərdən müalicə üçün xaricə gedir. Təəssüf ki, tək-tük həkim uğursuzluqları bəzən bütün ölkə səhiyyəsinə şamil edilir, şişirdilir və bütün yerli həkimlərə inamsızlıq yaradılır. Azərbaycan həkimlərinin həyata keçirdikləri çox mürəkkəb ürək əməliyyatları, böyrək köçürmə və sair üzrə çətin cərrahi müdaxilələr isə bu fonda tamamilə nəzərdən yayınır. Halbuki onlar çox yüksək dərəcədə peşəkarlıq, müasir bilik və bacarıqlar, mürəkkəb və yüksək texnoloji avadanlıqda işləmək təcrübəsi tələb edir. İnanın ki, Azərbaycanın özünün peşəkar tibb işçisi kifayət qədərdir. Kimisə tərifləmək üçün başqasını tənqid etmək gərək deyil. Əlbəttə, heç kimin xarici təbabətin nailiyyətlərini qiymətdən salmaq fikri yoxdur. Sadəcə, bu zaman yerli həkimləri ucdantutma qaralamaq da lazım deyil".O.Şirəliyev qeyd edib ki, ildə orta hesabla xaricə müalicəyə gedən həmvətənlərimizin sayı iki mindən çox deyil. Halbuki həmin müddətdə 800 minə yaxın vətəndaşımız yerli xəstəxanalarda müalicə olunur. Onları sağaldan da xaricilər deyil, Azərbaycan həkimləri olur.Nazir bildirib ki, çox vaxt insanlar xaricdə istirahət edərkən, yaxud sadəcə iş üçün harasa gedərkən fürsətdən istifadə edib həmin ölkədə "check up" adlandırılan ekspres-diaqnostikadan keçirlər. O.Şirəliyevin fikrincə, bunda qınamalı heç nə yoxdur. Əksinə, bu öz sağlamlığının qayğısına düzgün qalmağın göstəricisidir. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol