• $
  • €
  • ₽
  • ₺
  • £

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib

Xaricdə təhsil alan gənclər Müstəqillik Gününə həsr olunmuş tədbirlər keçirib
29.05.2023 11:19
Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və  Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə Avstriya, Macarıstan və Böyük Britaniyada silsilə tədbirlər keçirilib. 

Avstriyanın paytaxtı Vyanada keçirilən tədbirdə bu ölkədə təhsil alan və məzun olmuş gənclərimizin iştirakı ilə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir baş tutub. ASAP Avstriyanın təşkilatçılığı ilə keçirilən tədbirdə gənclərimizə müstəqillik gününün tarixi ilə bağlı məlumat verilib. Bildirilib ki, müasir Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) hüquqi varisidir. AXC qısa müddət mövcud olsa da, həmin dövrdə müstəqilliyin və dövlətçiliyin təməlini yaradıb. 1990-cı illərin əvvəlində Azərbaycan xalqının eks prezidenti Heydər Əliyevin hakimiyyətə qayıdışı sayəsində  Azərbaycan müstəqilliyinin yeni mərhələsinə qədəm qoydu. Bununla da, Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində yeni dövr yarandı və elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun dövlət quruculuğu prosesinə başlandı.
 
Çıxış zamanı qeyd olunub ki, bu gün Azərbaycan Prezident İlham Əliyevin hərtərəfli siyasəti sayəsində regionun aparıcı dövlətinə çevrilib. Tədbirin sonunda gənclər bir araya gələrək Avstriyada ASAP tərəfindən keçiriləcək növbəti layihələrlə bağlı müzakirələr aparıblar.

Macarıstanın paytaxtı Budapeştdə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, ASAP Macarıstan, Azərbaycan Evi və AYİD-in birgə  təşkilatçılığı ilə 28 May Müstəqillik Gününə həsr edilmiş beynəlxalq şahmat turniri keçirilib. Turnir başlamazdan öncə 28 May Müstəqillik Günü ilə bağlı tədbir iştirakçılarına məlumat verilib. Turnirdə 20-dən çox azərbaycanlı gənc mübarizə aparıb və sonda qalib gənclər mükafatlandırılıb. Turnir həm də azərbaycanlı gənclərin  bir araya gələrək şəbəkələşmələri üçün mühüm rol oynayıb. Qeyd edək ki, turnirdə başqa ölkələrdən olan əcnəbi gənclər də iştirak edib.

Böyük Britaniyanın Belfast şəhərində isə 28 May Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. ASAP Böyük Britaniyanın təşkilatçılığı ilə keçirilən tədbirdə ölkəmizin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov açılış nitqi ilə çıxış edib.
Azərbaycanlı gənclərimizin bir araya gəldiyi tədbirdə  bildirilib ki, Şərqin ilk parlamentli respublikası olan Azərbaycan Xalq Cümhuriyyəti zəngin dövlət quruculuğu təcrübəsi ilə Azərbaycanın milli dövlətçilik tarixində silinməz izlər qoyub. XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı.
 
Yenidən hakimiyyətə qayıdan  Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin banisi olduğu müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.
 

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol