• $
  • €
  • ₽
  • ₺
  • £

Sürücülərə bayram xəbərdarlığı

Sürücülərə bayram xəbərdarlığı
14.03.2014 12:15
Azərbaycan yol polisi Novruz bayramı ilə bağlı sürücü və piyadaları diqqətli olmağa çağırıb.Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Trend-ə bildirib ki, bayram günləri ilə əlaqədar respublikanın müxtəlif rayonlarına, eləcə də rayonlardan paytaxta çoxsaylı insan axını gözlənilir ki, bu da yollarda nəqliyyatın hərəkətinin intensivliyi ilə müşayiət olunacaq:"Ona görə də sürücülərdən bu günlərdə, xüsusilə bayramın yaxşı əhval-ruhiyyə ilə keçirilməsi üçün yola, səfərə çıxarkən qaydalara ciddi əməl etmələri, yollarda müəyyən edilmiş sürət həddini aşmamaları xahiş olunur".K.Əliyev bildirib ki, yol polisi bayram və istirahət günlərində istər paytaxtda, istərsə də ayrı-ayrı rayonlarda, eləcə də rayonlararası yollarda xidmətini gücləndirilmiş iş rejimində davam etdirəcək.Şöbə rəisi piyadalara da müraciət edərək bildirib ki, paytaxtda, xüsusilə də bölgələrdə Novruz bayramı ilə əlaqədar keçiriləcək tədbirlərə gedərkən və ya tədbirdə olarkən yolun hərəkət hissəsinə çıxanda diqqətli olsunlar, haradan və necə gəldi yolu keçməsinlər: "Piyadalar üçün müəyyən olunmuş xüsusi yerlərdən, yeraltı keçidlərdən, nizamlanan və nizamlanmayan piyada keçidlərindən istifadə etsinlər. Habelə uşaqları nəzarətsiz buraxmasınlar".K.Əliyev əhaliyə müraciətində isə bildirib ki, ilaxır çərşənbə ilə bağlı yolun hərəkət hissəsində tonqallar yandırmasınlar: "Bu həm avtomobillərin hərəkətinə mane olur, həm də nəqliyyat vasitələri hərəkətdə olarkən insanlar üçün müəyyən təhlükə yaradır".Qeyd edək ki, Novruz bayramı ilə bağlı Azərbaycanda martın 20-dən 27-dək qeyri-iş günü elan edilib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol