4 ayda Antiinhisar və İstehlak Bazarına mütaciət edən şəxslərin sayı açıqlanıb

2023-cü ilin birinci rübündə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə 195-1 Çağrı Mərkəzi vasitəsilə 3 459 müraciət daxil olub.
Bildirilir ki, müraciətlərin 3 407-si cavablandırılıb.
2022-ci ildə xidmətə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub. Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib.
2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib.
Çağrı Mərkəzinin göstərdiyi xidmətlər ödənişsizdir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























