Növbəti tədris ilindən məktəbdə peşə təmayüllü siniflərin sayı açıqlanıb

Növbəti tədris ilindən 114 yeni məktəbdə peşə təmayüllü siniflərin təşkili nəzərdə tutulur. Bu barədə Elm və Təhsil Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilir ki, peşə təmayüllü siniflərin sayı 230-a çatmaqla ümumilikdə 194 məktəbdə 3500-dən çox şagirdi əhatə edəcək.
Nazirliyin məlumatına görə, 2026-cı ilədək peşə təmayüllü siniflərin fəaliyyət göstərdiyi məktəblərin xüsusi çəkisinin 15 faizə çatdırılması planlaşdırılıb.
10-11-ci siniflər üçün nəzərdə tutulan peşə təmayüllü siniflərin yaradılmasında məqsəd şagirdlərin müxtəlif peşə ixtisasları üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinə şərait yaratmaqdır. Şagirdlərə sahibkarlıq bacarıqları aşılamaq və əmək bazarının tələblərinə uyğun kadrların yetişdirilməsi də layihənin məqsədlərindəndir.
Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 15 ümumi təhsil müəssisəsində peşə təmayüllü siniflər fəaliyyət göstərir. Paytaxtdakı 64, 97, 117, 120, 166, 179, 208, 213, 234, 265, 274, 293, 301, 302, 321 nömrəli tam orta məktəblərdə fəaliyyət göstərən peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsini təmin etmək, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.
Layihə Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilindən həyata keçirilir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























